Coğrafi təbəqənin inkişafının sonunda biosfer – həyat
təbəqəsi yaranmışdır. Yerdə həyatın yaranması haqqında
dini və elmi fərziyyələr mövcuddur. Ç.Darvinin
məşhur təkamül nəzəriyyəsindən başqa, həyatın Yerə
kənardan gəldiyini, canlıların sərbəst olaraq formalaşdığını, vulkanlardan yarandığını
və s. iddia edənlər vardır. Lakin bunun dəqiq cavabı hələ ki, elmə tam məlum
deyildir.
Alimlərin çoxu hesab edir ki, Yerdə həyat okeanda birhüceyrəli orqanizmlərin yaranması ilə başlamış, sonra quruya keçmişdir. Tədricən birhüceyrəlilərdən çoxhüceyrəli orqanizmlər, sonra daha mürəkkəb quruluşa malik bitkilər və heyvanlar yaranmışdır.
Eralar | Arxey və Proterozoy | Paleozoy | Mezozoy | Kaynozoy |
Canlılar | ... | ... | ... | ... |