Çöl tədqiqatları metodu –
(ekspedisiya) vasitəsilə ərazidə müşahidələr, yaxud cihazların
köməyi ilə məlumatlar toplanır, onların təhlili əsasında bir sıra
coğrafi qanunauyğunluqlar müəyyən edilir.
Çöl tədqiqatlarının aparılması
Son zamanlar coğrafi tədqiqatlar aparılarkən daha çox müasir
metodlara üstünlük verilir. Eyni zamanda metodlardan kompleks
şəkildə istifadə edilməsi də böyük əhəmiyyətə malikdir. Bu daha
dəqiq və real nəticələr əldə olunmasına imkan verir.
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Mətni oxuyun və suallara cavab verin.
Geoloqlar kəşfiyyat zamanı ölkə ərazisində zəngin boksit yataqları
kəşf etdilər. Boksitdən alüminium istehsal etmək üçün zavodlar
tikilməli və əlavə elektrik enerjisi istehsal olunmalı idi. Bunun
üçün mütəxəssislərdən ibarət işçi qrup yaradıldı. Onlar boksit
yataqlarına yaxın ərazilərdə daha ucuz enerji istehsal edən
su-elektrik stansiyası (SES) tikmək qərarına gəldilər. Əvvəlcə
ölkənin fiziki və topoqrafik xəritələri vasitəsilə relyef
xüsusiyyətləri öyrənildi. Dəqiq cihazlarla dağlıq ərazilərin
böyükmiqyaslı planlarını tərtib etmək üçün əraziyə mütəxəssislər
ezam olundu. Aerofotoşəkillər çəkilərək çayların hidroloji
xüsusiyyətləri haqqında məlumatlar əldə edildi. SES-in tikiləcəyi
yer müəyyən olundu. Ərazinin təbii şəraiti haqqında toplanmış
məlumatlar kompüterlərdə işlənərək tikiləcək SES layihələşdirildi
və modeli hazırlandı. SES-in tikintisindən sonra ərazidə baş
verəcək dəyişikliklər müəyyən edildi.
a. Tədqiqat işlərində hansı
metodlardan istifadə olunmuşdur?
b. İstifadə olunan metodlar vasitəsilə
hansı məlumatlar əldə edilmişdir?
c. Layihənin ölkəyə verəcəyi iqtisadi
səmərəni müəyyənləşdirmək üçün hansı metodlardan istifadə etmək
lazımdır?
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Uyğunluğu müəyyən edin.
TƏDQİQAT METODLARI
TƏDQİQAT İŞLƏRİ
1. Tarixi
a. Müşahidə məntəqələrinin yaradılması
2. CİS
b. Təsərrüfatın yerləşməsinin müəyyən vaxt
ərzində dəyişməsi
3. Çöl tədqiqatları metodu
c. Kosmik tədqiqatların köməyi ilə xəritələrin tərtibi
4. Coğrafi proqnozlaşdırma
d. İnsanın təbiətə təsirinin nəticəsinin müəyyən edilməsi