Təbii amillər və sahilyanı ölkələrdə təsərrüfatın inkişafı Xəzər dənizində problemlərin yaranmasına səbəb olur:
1. Səviyyə tərəddüdü. Xəzər dənizinin səviyyəsi sabit deyil və dövri olaraq dəyişir. Bu səbəbdən onun səthinin sahəsi və həcmi də artıb-azalır. Xəzər dənizinin səviyyəsi Dünya okeanı səviyyəsindən təqribən -27 m aşağıdır. 2005-ci ildən Xəzər dənizinin səviyyəsində enmə müşahidə edilir. Səviyyə tərəddüdünün səbəbi hələ də tam dəqiqləşdirilməmişdir. Bu, çoxillik iqlim dəyişmələri, dənizin dibində baş verən tektonik hərəkətlər və antropogen amillərlə izah olunur.
2. Ekoloji problem şelf zonasında neft-qaz hasilatı, neft daşınmaları, sənaye və məişət tullantılarının axıdılması ilə əlaqədardır.
3. Bioloji problem – dənizdəki canlı aləmin azalması və dəyişməsidir. Bu, əsasən, antropogen təsir nəticəsində baş verir.
Düzənlik ərazilər |
Dağ silsilələri |
Şəhərlər | Xəzərə tökülən çaylar |
Hissələr | Duzluluq (promille-qram) | 2 t suda olan duzların miqdarı (kq) |
Şimal | ||
Mərkəz | ||
Cənub |