Yer qabığı sukeçirən və suyadavamlı (sukeçirməyən)
süxurlardan təşkil edilmişdir. Sukeçirən süxurlara qum,
çınqıl, tuf, çaydaşı, suyadavamlı süxurlara isə qranit,
bazalt, gil və s. aiddir. Duzlar, gips, əhəngdaşı kimi suda
həllolan süxurlarda mağaralar əmələ gəlir. Yer səthinə
düşən yağıntı sularının bir hissəsi sukeçirən süxurlardan
keçərək yerin altına hopur və yeraltı suları əmələ gətirir.
Yeraltı sular süxurların çatlarında və məsamələrində
toplanmış
sulara deyilir. Süxurların yatım ardıcıllığından asılı olaraq yeraltı sular qrunt
və layarası sulara bölünür.
Əgər Yer qabığının üst hissəsində sukeçirən, ondan aşağıda suyadavamlı lay yerləşərsə, yağıntı suları üstdəki layın boşluqlarında yığılır. Birinci suyadavamlı layın üzərində yerləşən belə sulara qrunt suları deyilir (a). Onlar quyular qazılarkən səthə çıxır. Qrunt suları çökək və meyilli ərazilərdə – çay dərələri, yamaclar, yarğanlar,
Amillər | Yağıntıların miqdarı | Süxurların sukeçirmə qabiliyyəti | Relyef |
Yeraltı sulara təsiri |
İki suyadavamlı layın arasında yerləşən yeraltı sular layarası və ya artezian suları adlanır (b). Onlar qrunt sularından aşağıda yerləşir. Layarası sular bəzi yerlərdə laylar əyilmiş formada olduqda yüksək təzyiq altında yerləşir. Belə yerlərdə quyular