Bataqlıqlar ifrat rütubətlənməyə malik, torf qatının 30 sm-dən az olmadığı ərazilərdir. Torfun qalınlığının 30 sm-dən az olduğu və ya heç olmadığı nəmlənmiş ərazilərə bataqlıqlaşmış ərazilər deyilir. Bataqlıqlar quru sahəsinin 4–6%-ə qədərini tutur. Bataqlıqların yaranması müxtəlif amillərlə bağlıdır: a) yağıntıların miqdarının buxarlanmadan çox olması; b) qrunt sularının səviyyəsinin səthə yaxın yerləşməsi; c) daimi donuşluğun olması; d) hamar relyef və zəif səth axını; e) çaylarda gursululuq dövrünün davamlı olması.
Bataqlığın yaranması durğun sututarlarda rütubətsevən bitkilərin, xüsusilə sfaqnum mamırının yayılması ilə başlayır.
Mamır bataqlıqlaşmış səthi örtərək digər bitkilərin çürüməsinə və ərazinin daha çox bataqlıqlaşmasına səbəb olur. Tədricən çürümüş bitki qalıqları toplanaraq torf qatını əmələ gətirir. Bataqlığın bundan sonrakı formalaşması prosesində əsas rolu bitkilər oynayır.
Bataqlıqların yayıldığı ərazilərin adı |
Coğrafi enlik |
Təbii zonalar |