Çayın meyilliliyini temperatur fərqinə görə də hesablamaq olar.
Nümunə 2.
Sxem 2-də A və B məntəqələri arasında havanın temperatur fərqi
4,5°C-dir. Miqyası 1: 20 000 000 olan xəritə üzərində
C
nöqtəsindən başlayan çayın uzunluğu 6 sm olarsa, çayın orta
meyilliliyini hesablayın (m/km).
Həlli
Bunun üçün aşağıdakı ardıcıllıqla hesablama aparmaq lazımdır:
1.
A və
B nöqtələri arasında temperatur fərqinə görə hündürlük
fərqi tapılır: 100 m – 0,6°; x m – 4,5°; x = 750 m
2. Alınan hündürlüyə görə kəsmə yüksəklik təyin edilir. Kəsmə yüksəkliyin
sayı 3 olduğu üçün
750 : 3 = 250 m.
3. Çayın mənbəyi
C-də olduğuna görə onun mütləq hündürlüyü
tapılır.
C ilə dəniz səviyyəsi arasında 7 kəsmə yüksəklik var,
deməli, 250 × 7 = 1750 m olur.
4. Çayın düşməsi təyin olunur,
yəni 1750 – 0 = 1750 m-dir.
5. Miqyasa görə çayın uzunluğu
tapılır:
200 km × 6 sm = 1200 km.
6. Çayın meyilliliyi hesablanır:
M = D
L =1750 m
1200 km= 1,5 m/km.
Su sərfi – çay yatağının en kəsiyindən 1 saniyə ərzində keçən
suyun miqdarıdır:
Q = F × V.
Burada: Q – su sərfi, F – çay yatağının en kəsiyi, V – suyun
axın sürətidir, m3/san ilə ifadə olunur.
Sxem 4
Çay yatağının en kəsiyi (m2 )