İnsanların təsərrüfat fəaliyyəti də sellərin intensivliyinə təsir
göstərir; məsələn, yamaclarda mal-qaranın həddən artıq otarılması,
meşə və kolluqların məhv edilməsi eroziya prosesini gücləndirir.
Sellərin qarşısını almaq üçün hidrotexniki qurğular tikilir,
fitomeliorativ işlər (ağac-kol bitkilərinin əkilməsi) görülür.
Dəmiraparançay, Kişçay, Ordubadçay və s. çaylarda belə tədbirlər
həyata keçirilmişdir.
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Azərbaycanın daxili suları xəritə-sxemindən (səh. 101) və mətndən
istifadə edərək cədvəli tamamlayın.
Çaylar
|
Aid olduğu regionlar
|
Qidalanması
|
Mənbəyi
|
Eroziya bazisi
|
Viləşçay |
|
|
|
|
Qudyalçay |
|
|
|
|
Pirsaatçay |
|
|
|
|
Tərtərçay |
|
|
|
|
Arpaçay |
|
|
|
|
Həkəri |
|
|
|
|
Türyançay |
|
|
|
|
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Cədvəli dəftərinizə çəkin və Azərbaycanın daxili suları
xəritə-sxemindən istifadə edərək onu tamamlayın.
Tranzit çaylar
|
Sərhəd çayları
|
Mənsəbi okean səviyyəsindən aşağı olan çaylar
|
|
|
|
2. Azərbaycanın daxili suları xəritə-sxemindən və inzibati
xəritəsindən istifadə edərək uyğunluğu müəyyən edin.
Çayların adı
1. Girdimançay
2. Arpaçay
3. Türyançay
4. Qarqarçay
5. Sumqayıtçay
6. Oxçuçay
Ərazisindən keçdiyi inzibati rayonlar
a) Zəngilan
b) İsmayıllı
c) Qobustan
d) Ağdam
e) Şərur
f) Ağdaş
3. Azərbaycanın daxili suları xəritə-sxemindən istifadə edərək çayları eroziya bazislərinin
hündürlüyünün artma sırası ilə düzün:
1. Araz
2. Türyançay
3. Gilançay
4. Vəlvələçay
5. Gəncəçay
DƏRSDƏN SONRA
LAYİHƏ
Verilən plan üzrə layihə hazırlayın:
1. Kür və Araz çaylarının hidroloji xüsusiyyətləri.
2. Çayların təsərrüfat əhəmiyyəti (su anbarları, su təminatı və suvarmada istifadə).
3. Çayların əhali və təsərrüfat üçün yaratdığı problemlər.
4. Çayların yaratdığı problemlərin həlli və təsərrüfatda səmərəli istifadə yolları.