Son illərdə iqlimin qlobal istiləşməsi nəticəsində ölkəmizdə axımı daim olan çaylarda yayda suyun kəskin azalması və ya çayların quruması müşahisə edilir.
Qidalanma mənbələri | Çaylar |
Qar və buzlaqların ərinti suları |
Samur (68%), Qusarçay (64%), Qudyalçay (50%), Dəmiraparançay (50%), Gilançay (50%). |
Yeraltı sular |
Tərtərçay (71%), Türyançay (61%), Qanıxçay (52%), Həkəri
(49%), Araz (46%), Naxçıvanın əksər çayları. |
Yağış suları |
Ceyrankeçməz (98%) və Abşeron-Qobustanın digər çayları, Viləşçay (73%) və Lənkəranın əksər çayları, Ağsuçay (67%), Köndələnçay (62%), İncəçay (48%), Qarqarçay (47%). |
Leysan yağışları nəticəsində çayların suyu kəskin artaraq güclü sellər yaradır. Sel dağ çaylarında su ilə süxur parçalarının qarışığının qəflətən yaratdığı sürətli axındır. Selin tərkibində 70–80%-ə qədər daş və palçıq kütləsi olur. Tərkibinə görə sellər üç yerə bölünür: palçıqlı, daşlı və daşlı-palçıqlı. Palçıqlı sellər gilli süxurların üstün olduğu arid-denudasion relyefə malik ərazilər üçün səciyyəvidir. Daşlı və daşlı-palçıqlı sellər isə Böyük Qafqazın cənub yamaclarında daha çox müşahidə edilir. Böyük Qafqazın dağətəklərində yerləşən Şəki, Qəbələ, Qax və s. rayonlar sel hadisələrinə daha çox məruz qalır.