Sağ qollar | Sol qollar |
1.__ 2. __ 3. __ 4. __ 5. __ 6. __ |
1.__ 2. __ 3. __ 4. __ 5. __ 6. __ |
Böyük Qafqazın şimal-şərqindən axan çaylar |
Samur, Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Gilgilçay, Ataçay |
Abşeron–Qobustan çayları | Pirsaatçay, Ceyrankeçməz, Sumqayıtçay |
Talış dağlarının çayları | Bolqarçay, Astaraçay, Təngərud, Viləşçay, Lənkərançay |
Kürün sol qolları (Qanıx–Əyriçayın çayları) |
Mazımçay, Balakənçay, Katexçay, Kürmükçay, Kişçay, Şinçay, Qanıx, Qabırrı, Əyriçay |
Kürün sol qolları (Şirvan çayları) |
Mazımçay, Balakənçay, Katexçay, Kürmükçay, Kişçay, Şinçay, Qanıx, Qabırrı, Əyriçay |
Kürün sağ qolları (Kiçik Qafqazın şimal-şərqi) |
Ağstafaçay, Tovuzçay, Həsənsu, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay, Kürəkçay, İncəçay |
Kürün sağ qolları (Kiçik Qafqazın cənub-şərqi) | Tərtərçay, Xaçınçay, Qarqarçay |
Arazın sol qolları (Kiçik Qafqazın cənub-şərqi) | Köndələnçay, Həkəri, Bərgüşad (Bazarçay), Oxçuçay |
Arazın sol qolları (Naxçıvan çayları) |
Ordubadçay, Parağaçay, Gilançay, Əlincəçay, Naxçıvançay, Arpaçay |
Azərbaycanın çaylarının orta illik axım həcmi 31 km3-dir. Onun 10 km3-i ölkə daxilində, 21 km3 -i isə ölkə sərhədlərindən kənarda formalaşır. Digər ölkələrin ərazisində formalaşan belə çaylara tranzit çaylar deyilir.
Qidalanma xüsusiyyətlərinə və sululuq dərəcəsinə görə çaylar iki qrupa bölünür:
1. Axını daimi olan çaylar dağlıq ərazilərdə, humid iqlim şəraitində formalaşır və bolsulu olur. Onlar qarışıq qidalanmaya malikdir.
2. Yayda quruyan çaylar arid iqlimə malik ərazilərdə yaranır və əsasən, yağış suları ilə qidalanır. Belə çayların çoxunun mənsəbi olmur, tədricən quruyaraq yox olur. Onlara kormənsəbli çaylar deyilir.