ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
1. Cədvəldə verilənlərə əsasən çayın hidroqrafını qurun və suallara cavab verin.
Aylar |
I |
II |
III |
IV |
V |
VI |
VII |
VIII |
IX |
X |
XI |
XII |
Suyun səviyyəsi, m |
2 |
2,3 |
2,5 |
3,5 |
5,8 |
8 |
8,6 |
8,5 |
6,3 |
3,3 |
2,4 |
2,1 |
a. Çayda daşqınlar hansı
aylarda baş verir?
b. Çayın əsas qida mənbələri
hansılardır?
c. Çaydan gəmiçilikdə
istifadə etmək olarmı? Fikrinizi əsaslandırın.
ÖYRƏNDİKLƏRİNİZİ
YOXALYIN
1. Çayın sxemində onun rəqəmlərlə göstərilən hissələrini
müəyyənləşdirin.
2. Verilən şəkillərin çay axınının hansı hissəsinə aid olduğunu
müəyyənləşdirin və onların səciyyəvi əlamətlərini
dəftərinizə qeyd edin.
3. Dünyanın fiziki xəritəsindən istifadə edərək mənsəbində delta
və estuari əmələ gətirən çayları qruplaşdırın.
DƏRSDƏN SONRA
Materik və ya qitələr üzrə ən böyük çaylardan birinin hidroloji xüsusiyyətləri
və iqtisadi əhəmiyyəti haqqında təqdimat hazırlayın.
27
AZƏRBAYCANIN ÇAYLARI
Xəbərlər. 2010-cu ilin may aynda Kür və Araz çaylarının daşması
nəticəsində Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala,
Kürdəmir, Zərdab rayonlarında və Şirvan şəhərində 27 yaşayış
məntəqəsi, ümumilikdə 70 min hektar ərazi subasmaya məruz qalmış,
minlərlə fərdi yaşayış evi, sosial obyektlər uçmuş və ya qəzalı
vəziyyətə düşmüşdür. Baş vermiş təbii fəlakətin nəticələrinin aradan
qaldırılması ilə bağlı fövqəladə komissiya yaradılmış və tədbirlər planı
hazırlanmışdır.
– Kür və Araz çaylarında daşqınların yaranma səbəbi nədir?
– Hadisənin nəticələrini aradan qaldırmaq üçün hansı tədbirlər nəzərdə tutula bilər?
Azərbaycan Respublikasının ərazisində təqribən 8400-ə yaxın çay vardır. Relyef
və iqlim xüsusiyyətlərindən asılı olaraq onlar qeyri-bərabər paylanmışdır. Dağlıq
ərazilərdə çay şəbəkəsinin sıxlığı yüksək, düzənliklərdə isə seyrəkdir. Coğrafi yerləşməsinə
görə çaylar 4 qrupa bölünür:
1) Böyük Qafqazın şimal-şərq yamacının çayları;
2) Abşeron-Qobustanın çayları;
3) Talış dağlarından axan çaylar;
4) Kür hövzəsinin çayları.