Riyazi-statistik tədqiqat metodu – coğrafi obyekt və hadisələri kəmiyyət göstəriciləri və riyazi hesablamalar vasitəsilə tədqiq edir. Nəticədə öyrənilən obyekt və hadisələrin planlaşdırılması və layihələşdirilməsi həyata keçirilir.

Coğrafi modelləşdirmə – coğrafi obyekt və hadisələrin modelinin hazırlanmasına və öyrənilməsinə əsaslanır. Coğrafi modellər qrafik və təsviri formada, həmçinin sözlər və simvollar vasitəsilə qurulur.

F Ə A L İ Y Y Ə T 2
Verilən sxemdə hansı coğrafi hadisə modelləşdirilmişdir?
İqlim qurşaqları
(Şimal yarımkürəsi)
Yanvar
(qış)
İyul
(yay)
Arktik
Subarktik
Mülayim
Subtropik
Tropik
Subekvatorial
Ekvatorial
Subekvatorial
Tropik
Subtropik