Göbələklərin törətdiyi xəstəliklər
MMüasir dövrdə yoluxucu xəstəliklər içərisində tez-tez göbələk xəstəliklərinin də adı çəkilir.
Şəkillərə baxın və müəyyənləşdirin:
Göbələklərin insanlara vurduğu ziyan həm zəhərlənmələr, həm də xəstəliklər şəklində olur:
1. Zəhərlənmə. Maddələr mübadiləsi zamanı göbələklərdən ayrılan zəhərli maddələr zəhərlənməyə səbəb olur. Bu maddələr qaynama və ya donma zamanı dağılmır.
2. Mikozlar insan və heyvanlarda parazit göbələklərin yaratdığı xəstəliklərdir. Parazitlər daha çox dəridə yerləşir, ancaq onlara daxili orqanlarda da rast gəlmək olur.
Bəzən antibiotikdən çox istifadə etdikdə göbələk xəstəliyi baş verir. Bu zaman xırda-xırda diyircəkli dərialtı suluq, qızartı, bəzi hallarda isə irinli suluqcuqlar olur. Göbələk insan orqanizminin hər yerində ola bilir. Qulaq, burun, göz və dərinin incə yerlərində ona daha tez-tez rast gəlinir.
Keçəllik. Bu, antisanitariya şəraitində: başın tez-tez yuyulmaması, qırxılmaması, saça bit düşməsi səbəbindən yaranır. Kirli, uzun dırnaqlarla başı qaşımaq, çirkdən qartmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirir. Bunun da nəticəsində xəstəlik törədicisi olan göbələklərin inkişafı üçün əlverişli şərait yaranır.