Qara ciyərin hepatit virusuna yoluxması qaraciyər hüceyrələrinin nekrozuna (qurumaya) gətirib çıxarır. Bu A, B, C hepatit viruslarına yoluxma zamanı baş verir. Hepatit C virusu cinsi yolla da yoluxa bilir.
Xəstəlikdən sonra insanda bəzi virus infeksiyalarına qarşı immunitet yaranır ki, bu ya ömürlük qala, ya da zamanla keçə bilər. Belə ki uşaqlıqda məxmərək və ya qızılca xəstəliyi keçirən insan bir daha bu xəstəliyə tutulmur. Qeyd etmək lazımdır ki, virus xəstəlikləri uşaq yaşlarında daha asan keçirilir və mənfi nəticələri az olur.
İİV tərəfindən törədilən QİÇS kimi bəzi virus xəstəliklərinin bu günə kimi tam müalicəsi mümkün deyil. Müasir təbabət virusun inkişafını yalnız nəzərəçarpacaq dərəcədə ləngidə bilir.
Yerli simptomlarla (tənəffüs yollarının selikli qişasının zədələnməsi) və ümumi xarakterli - bədənin temperaturunun yüksəlməsi, zəiflik, damarlarda və əzələlərdə ağrı, qanın tərkibinin dəyişməsi və s. kimi simptomlarla müşahidə olunan kəskin virus xəstəliklərinə daha tez-tez rast gəlinir. Belə xəstəliklər KRX və ya KRVX - kəskin respirator virus xəstəlikləri (qrip, zökəm və s.) adlanır. Koronavirusun törətdiyi Covid-19 xəstəliyi də bu tip xəstəliklərə aiddir. Bu xəstəliklər insanların yoluxma kütləviliyinə görə dünyada birinci yeri tutur. Onlar çox tez yoluxur və asqırma, burun-udlaq iltihabı, öskürək və zökəmlə müşayiət olunur.
Epidemiyaların qarşısını almaq üçün virus xəstəliklərinin profilaktik tədbirlərindən biri olan peyvəndlər tətbiq edilir. Virus xəstəliklərinin müalicəsi immunitetin möhkəmləndirilməsi ilə bağlıdır. Çünki bu xəstəliklər immuniteti zəiflədir. Antibiotiklər viruslara birbaşa təsir etməsə də, onların tətbiqi virus infeksiyalarının ağırlaşmalarının qarşısının alınması məqsədilə aparılır.
Ta) Viruslar.... həyat formalarıdır.
b) Bütün viruslar zülallar və ... ibarətdir.
c) Bütün viruslar - hüceyrədaxili....
d) Hepatit virusları ... hüceyrələrini, QİÇS virusları isə ... sistemi məhv edir.
e) KRVX-nə ... aiddir.
ə) Virusların əksəriyyətini yalnız ... mikroskopu altında görmək mümkündür.