Epidemiologiya və epidemioloji üsullar
MSiz biologiyanın müxtəlif sahələrinin olduğunu bilirsiniz. Görəsən, : yoluxucu xəstəlikləri, onların səbəbini, yoluxma yollarını öyrənən elm : sahəsi hansıdır?
Epidemiologiya insanlar arasında müxtəlif yoluxucu xəstəlikləri və onların yaranması səbəblərini öyrənir. Xəstəliklərlə mübarizədə profilaktik tədbirlərin hazırlanması epidemiologiyanın əsas məqsədidir.
Tarixən qədimdə və orta əsrlərdə insanlar yoluxucu xəstəliklərlə necə mübarizə aparırdılar? Onlar infeksion xəstəliklərin qarşısını almaq üçün hansı tədbirləri görürdülər? Sizcə, insanlara peyvəndlər nə üçün vurulur?
Araşdırma apararaq sualları cavablandırın və təqdim edin.
Epidemiologiya qədim zamanlardan yoluxucu xəstəliklərin yayılması və onlara qarşı mübarizə zamanı aparılan müşahidələr əsasında yaranıb. Cəmiyyətin inkişafının ilk dövrlərində yaranmış infeksion xəstəliklərin insanlar şər qüvvələrin işi hesab edirdilər.
Yoluxucu xəstəliklərlə mübarizənin və profilaktikanın praktiki üsulları quldarlıq quruluşu dövründə xeyli inkişaf etmişdir. Belə ki Misirdə birələrlə, gəmiricilərlə mübarizə aparılır, heyvanlara baxış keçirilir, qurban ətini damğalayırdılar. Hələ eramızdan 2000-3000 il əvvəl Aşşur və Vavilonada epidemiyaların törədiciləri ilə heyvanlar arasında əlaqənin olduğu bildirilmişdir.
Epidemiyalarla mübarizədə xəstələrin və vəfat edənlərin əşyalarının yandırılması, bu insanların şəhər ərazisindən uzaqlaşdırılması, xəstə heyvanların məhv edilməsi, yoluxma şəraiti olan ərazilərdən əhalinin köçürülməsi, sərhədlərin bağlanması praktikası tətbiq edilirdi.
Epidemiyalarla mübarizədə xəstələrin və vəfat edənlərin əşyalarının yandırılması, bu insanların şəhər ərazisindən uzaqlaşdırılması, xəstə heyvanların məhv edilməsi, yoluxma şəraiti olan ərazilərdən əhalinin köçürülməsi, sərhədlərin bağlanması praktikası tətbiq edilirdi.
O dövrdə yoluxucu xəstəliklərin yaranması haqqında iki nəzəriyyə var idi. Birinci nəzəriyyənin tərəfdarı Hippokrat hesab edirdi ki, xəstəliklərin yaranma səbəbi üfunətli buxarların, bataqlıq yerlərdə olan müəyyən maddələrin insan orqanizminə daxil olmasıdır. O, epidemiologiya elminin banisi hesab olunur. Onun “Epidemiyalar haqqında yeddi kitab”, “Hava, su və ərazilər haqqında” və s. əsərləri günümüzədək gəlib çatmışdır. Hippokratın zamanında “epidemiya” sözü insanlar arasında yoluxucu və yoluxucu olmayan kütləvi xəstəliklər kimi başa düşülürdü.