Fiziki və zehni iş zamanı sinir hüceyrələri oyanır. Əgər bu oyanmalar çox davam edərsə, sinir hüceyrələrinin fəaliyyəti avtomatik olaraq ləngiyir, qıcıqları qəbul etmir və beləliklə, özlərini məhv olmaqdan qoruyur. Belə hallarda istər fiziki, istərsə də zehni işi dayandırmaq lazımdır ki, beyin qabığının və əzələlərin işi bərpa olunsun.
İstirahətin iki növü vardır: fəal (hərəki) və qeyri-fəal (passiv) istirahət.
Fəal istirahət zamanı əzələlər və sinir sistemi öz iş qabiliyyətini daha tez bərpa edir. İvan Mixayloviç Seçenov təcrübələr zamanı müəyyən etmişdir ki, sağ əl yorulduqda onun yorğunluğunu tam istirahət yox, sol əllə işləmək daha tez aradan qaldırır. Zehni iş zamanı yorulanda isə orqanizm fiziki işə keçsə, onun yorğunluğu daha tez aradan qalxır.
Ancaq orqanizm öz iş qabiliyyətini fəal istirahətlə bərpa etsə də, insanın qeyri-fəal istirahətin bir formasına - yuxuya çox böyük ehtiyacı vardır. Düzgün yuxu rejimi (eyni vaxtda yatıb, eyni vaxtda oyanmaq) böyük sağlamlaşdırıcı əhəmiyyətə malikdir. Bəzi insanlar gündüzlər 1-2 saat yataraq gecə yuxusunun müddətini qısaldırlar. Bu zaman orqanizmə ziyan dəyir. Səkkiz saatlıq yuxu insanın qeyri-fəal istirahətinə olan tələbatını ödəyir. Fəal istirahət asudə vaxtdan səmərəli istifadə etməyə imkan yaradır. Ancaq bu o zaman əhəmiyyətli olur ki, sinir sisteminin müxtəlif mərkəzləri növbə ilə işləsin. Məsələn, paltar ütüləmək zehni işin yorğunluğunu aradan qaldırır. Ancaq elmi ədəbiyyat oxumaq siyasi ədəbiyyat oxumaqdan yaranan yorğunluğu aradan qaldıra bilməz.
Fəal istirahət səmərəli olur: