Düzgün istirahət
MQeyd etdiyimiz kimi, orqanizmin sağlamlığının əsas şərtlərindən biri hərəkətdir. Ancaq hərəkət etməklə yanaşı istirahət etmək də zəruridir.
İnsan orqanizmində olan əksər orqanlar həm işləyir, həm də istirahət edir. Ürəyin, əzələlərin, sinir sisteminin, həzm orqanlarının və s. necə işlədiyini bilirsiniz. Buradan belə nəticəyə gəlmək olar ki, istirahət fəaliyyətin ayrılmaz hissəsidir. İstirahət yoxdursa, sağlamlıq da yoxdur. Çünki istirahətsiz orqanizmin fəaliyyəti pozulur, hətta orqanlar, toxumalar, hüceyrələr zədələnir. Bunun nəticəsində müxtəlif xəstəliklər yaranır.