Sağlam olmaq üçün insanlar hər gün bir neçə kilometr piyada gəzməlidirlər. Təmiz hava, hərəkət, düzgün qidalanmaq insan sağlamlığı üçün vacib şərtlərdir. Orqanizmin, onun hüceyrə və toxumalarının fəaliyyəti yalnız dinclikdən yox, hərəkətdən də asılıdır.
Hərəkət təkcə fiziki sağlamlığı möhkəmləndirmir, o həm də iradəni gücləndirir, insana güc verir, onun sinir sisteminin sağlamlığına şərait yaradır. Sağlam olmaq üçün mənən və ruhən güclü olmaq tələb olunur. İradənin, əsəblərin və psixikanın gücü, doğrudan da, ürəyi və damarları gücləndirir.
Beləliklə, insanlar öz sağlamlıqlarını qorumaq üçün hərəkətdə olmalıdırlar. Alimlər belə nəticəyə gəliblər ki, insan sağlamlığının 10%-i irsidirsə, 5%-i həkimlərin yardımından, 85%-i isə özündən asılıdır. Deməli, sağlamlığımız həyat tərzimizlə bağlıdır.
T