Hərəkət sağlamlıqdır
MQədim bir atalar sözündə belə deyilir: “Dayanmaqdansa, oturmaq, oturmaqdansa, uzanmaq daha yaxşıdır. Amma ən yaxşısı oturmuş və uzanmış vəziyyətdə hərəkət etməkdir”. Sizcə, bunun mənası nədir?
Həyat hərəkət deməkdir. Hərəkətsizlik daşlaşmış onurğa sütunu, boyunun fəaliyyətsiz əzələləri, soyuq, hissiyyatsız əl və ayaqlar və s. deməkdir.
Vaxtilə insanlar yaşamaq üçün, əsasən, fiziki əmək sərf etmişlər. Onlar ağır əzələ işindən can qurtarmaq üçün münasib yollar axtarmış və buna nail olmuşlar.
Müasir dövrdə əzələ işini əvəz edən və ya yüngülləşdirən texniki vasitələrin sayı gündən-günə artır.
F