Canlılara təsir edən abiotik amillər
Mİnsan canlı orqanizmdir. Mühitin abiotik və biotik amilləri ona da təsirsiz qalmır.
• Sizcə, insan sağlamlığına abiotik amillər necə təsir göstərir?
Orqanizmlərə normadan artıq işıq, rütubət və temperaturun mənfi təsirlərinə aid nümunələr göstərin.
Temperatur | Rütubət | İşıq |
Əsas abiotik amillərə işıq, temperatur, rütubət və s. aiddir. Bu amillərin canlıların həyatında böyük əhəmiyyəti var.
Temperatur. Yer üzərində temperatur rejimi mövsümdən, bölgələrdən asılı olaraq müxtəlif cür dəyişir. Məsələn, yanvar ayında müxtəlif coğrafi zonalarda havanın orta temperaturu -40°C ilə +30°C arasında tərəddüd edir. Yay ayında isə 0°C-dən aşağı və 40°C-dən yuxarı ola bilər. Amma ekvatorda daimi temperatur orta hesabla +25-30°C olur. Müəyyən olmuşdur ki, dəniz səthindən yuxarı dağlıq zonaya qalxdıqca temperatur aşağı düşür, yəni hər 100 m yüksəklikdə 0,5°C azalır.
Temperatur bitkilərin, heyvanların və insanların həyatına müxtəlif cür təsir göstərir. Məsələn, ontogenezin gedişində, ömrün uzunluğunda, balavermə qabiliyyətində və s. bunu müşahidə etmək olur.
Heyvanlar bədən temperaturuna görə soyuqqanlı və istiqanlı olmaqla iki yerə ayrılır. Soyuqqanlı heyvanlarda bədən temperaturu ətraf mühitin temperaturundan asılıdır. Ona görə də onlarda enerji mübadiləsi və həyat rejimi xarici mühitin dəyişən temperaturuna uyğunlaşmışdır. İstiqanlı heyvanlarda maddələr mübadiləsinin daha intensiv getməsi bədən temperaturunun sabit saxlanmasına və xarici mühitin temperaturundan asılı olmamasına səbəb olmuşdur.
Təkamül prosesində quşlarda, məməlilərdə, eləcə də insanlarda daha mükəmməl tənzimedici sistem yaranaraq bədən temperaturunun sabit saxlanmasına imkan vermişdir. Onların fəaliyyəti xarici mühitin mənfi temperaturunda da davam edir. Ancaq temperaturun kəskin dəyişməsi canlılarda gedən fizioloji proseslərdə dəyişiklik yaradır.
Su. Canlı orqanizmlərin fəaliyyətində mühüm əhəmiyyətə malik olan biokimyəvi reaksiyalar üçün əsas mühit, həm də sitoplazmanın vacib tərkib hissəsidir. Qida maddələri orqanizmdə, əsasən, suda həll olmuş vəziyyətdə dövr edir. Orqanizmdə su mübadiləsi bir-birinə əks olan iki prosesdən ibarətdir: