Zülal mübadiləsinin pozulması. Bədəndə zülallar daima parçalanır və yeniləri ilə əvəz olunur. Böyüməkdə olan orqanizmin zülallara ehtiyacı daha çox olur. Zülal mübadiləsi pozularsa, orqanizmdə çox böyük fəsadlar yaranır. Ancaq orqanizmdə zülal mübadiləsi pozğunluqlarına az rast gəlinir.
Mədə şirəsində pepsinin azalması çox vaxt xlorid turşusunun azalması nəticəsində baş verir. Xlorid turşusu çatışmayanda maddələrin pepsinə çevrilməsi prosesi ləngiyir. Bu zaman zülal mübadiləsi pozulur. Mədə və bağırsaqlarda ferment çatışmazlığı qida maddələrinin tam həzminə imkan vermir. Orqanizmə daxil olan zülalların 90 %-i mənimsənilir. Bu zaman orqanizmdən nəcislə xaric edilən azotun miqdarı sutkada 2,5 qramdan artıq olmur. Zülal mübadiləsi pozulanda bu, 3 qram və daha artıq olur. Zülalların tərkibinin dəyişməsi bir çox xəstəliklərin yaranması ilə nəticələnir. Xüsusən uşaqlarda belə hal ağıl kəmliyinə və erkən yaşlarda ölümə səbəb olur.