1. Qidanın tərkibində həzm sisteminə düşən karbohidratların həzmə uğrayaraq qana sorulması;
2. Qana keçmiş qlükozanın bir hissəsinin insulin hormonunun iştirakı ilə qlikogenə çevrilib ehtiyat halında toplanması;
3. Qlükozanın dissimilyasiyası;
4. Heksozaların (altı karbonlu karbohidrat) müxtəlif növlərinin bir-birinə çevrilməsi. Bu proses nəticəsində orqanizm heksozaların digər növlərindən olan fruktoza, qalaktoza sintez edir və öz tələbatına müvafiq şəkildə istifadə edir;
5. Karbohidrat strukturuna malik olmayan məhsullardan (qliserin, bəzi amin turşuları və s.) qlükozanın sintez edilməsi.
Bu proseslərin gedişində baş verən dəyişikliklər karbohidrat mübadiləsinin pozulmasına səbəb olur. Pankreatit xəstəliyi zamanı mədəaltı vəzi tərəfindən ifraz olunan amilazanın miqdarı azalır. Nəticədə nişasta və qlikogenin həzmi pozulur. Uzun müddət bağırsaqda qalan nişasta qıcqırma prosesinə uğrayır. Buna görə də bağırsaq möhtəviyyatı turş reaksiyalı olur. Turş mühitin bağırsaq reseptorlarına təsiri nəticəsində ishal törənir. Bu xəstəlik zamanı mədəaltı vəzinin xarici sekretor funksiyası pozulur. Bu da təkcə karbohidrat deyil, zülal və yağların da həzminin pozulması ilə nəticələnir. Karbohidratın aralıq mübadiləsinin pozulmasının əsas əlaməti qanda şəkərin qatılığının dəyişməsidir. Qanda şəkərin qatılığının 6,66 mmol/-dən (120 mq %) çox olması - hiperqlikemiya, 3,89 mmol/-dən (70 mq %) az olması isə hipoqlikemiya adlanır. Qanda qlükozanın qatılığı həddən artıq olduqda sidikdə şəkər ifraz olunur. Buna qlükozuriya deyilir. Bu cür dəyişikliklər patoloji proseslərdir. Hətta az vaxt ərzində çoxlu miqdarda şəkərlə qidalanma əsəbilik, şiddətli psixoemosional gərginlik nəticəsində də fizioloji hiperqlikemiya və qlükozuriya meydana çıxa bilər.
Qidalanma məqsədilə qısa müddətdə çoxlu şəkər qəbul edilməsi sağlam və xəstə şəxslərin qanında şəkərin qatılığına müxtəlif dərəcədə təsir göstərir. “Şəkər yükü” sınağı aparmaq məqsədilə belə adamlarda hər 15 dəqiqədən bir qanda şəkərin miqdarı yoxlanılır.
FQrafikdən istifadə edərək “şəkər yükü” sınağını xarakterizə edin.