► Maddələr mübadiləsinə orqanizmin normal istirahəti, insanlarla xoş
münasibət, idman, normal yuxu,
musiqi və s. müsbət təsir göstərir. Bütün bunlar orqanizmin sekresiya vəzilərinə, onlar da öz
növbəsində, maddələr mübadiləsinə birbaşa və ya dolayı yolla təsir göstərir.
Maddələr mübadiləsinə təsir göstərən amillər müxtəlif və çoxsaylıdır. Ona görə də mənfi amillərdən
özünüzü və ətrafınızdakıları qoruyun.
T
- Məsələləri həll edin:
- İnsana lazım olan sutkalıq minimal qida normalarının onu nə qədər enerji ilə təmin
etdiyini hesablayın.
- 500 qram karbohidratın parçalanmasından alınan enerjinin hamısı
ATF sintezinə sərf olunarsa, neçə mol ATF sintez olunar?
- İnsanlar arasında şəkərli diabet xəstəliyinin artması səbəblərini araşdırın və təqdimat hazırlayın.
- Araşdırma apararaq zülal, lipid və karbohidrat mübadiləsinin pozulması nəticəsində yaranan 3 xəstəlik, onların əlamətləri və yaranma mexanizmlərinin izahını verin.