► Maddələr mübadiləsinə orqanizmə daxil olan zərərli maddələr də təsir göstərir. Orqanizmdə zərərli maddələrin miqdarı artdıqda maddələr mübadiləsinin pozulması baş verir. Məsələn, göbələklərlə zəhərlənmə, ilanın, zəhərli cücülərin sancması, dərmanlardan düzgün istifadə olunmaması və s. zamanı mübadilə pozulur. Bəzən bu orqanizmin ölümü ilə də nəticələnir. Həddindən artıq qida qəbulu da maddələr mübadiləsinin gedişinə təsirsiz qalmır.
► Xarici mühit amillərinin təsiri ilə bədənin artıq soyuması, istivurma, günvurma, güclü streslər, yorğunluq, spirtli içkilər, narkotik maddələr, siqaret çəkmək və s. maddələr mübadiləsinə mənfi təsir göstərir.
► QİÇS, hepatit, xərçəng və s. xəstəliklər orqanizmdə hüceyrə səviyyəsində gedən maddələr mübadiləsinə təsir göstərir. Orqanizmin fəaliyyətini zəiflədir və ya dayandıra bilir.