I. Biosferdə istehsal və istehlak
Canlılarda qidalanma
MSiz qarışqa, hörümçək, milçək, böcəklər, ilan, kərtənkələ və digər canlılann bir qisminin torpaq üzərində sürətli hərəkətini, ağac gövdəsinə, divara necə dırmaşmağını müşahidə etmisiniz. Kərtənkələnin divardan qopub düşməməsinə səbəb caynaqların altında barmaqların yumşaq yastıqcıqlarında saça bənzəyən sərt və güclü törəmələrin olmasıdır. Müşahidələr nəticəsində məlum olmuşdur ki, ətrafların yapışdığı yerlə bu törəmələr arasında möhkəm elektrostatik qüvvə meydana gəlir.
Kərtənkələnin divarda hərəkətinin mümkün olması uyğunlaşmadır. Heyvanın bədəninin quruluşu və orqanlar sistemlərinin nizamlı işi bununla uzlaşır. Hərəkətə xidmət edən əzələlərin, dayaq rolunu oynayan sümüklərin, onların işinə nəzarət edən sinir sisteminin əlaqəli işləməsi üçün enerji sərf olunur.
Bilirsiniz ki, orqanizmlərdə gedən bioloji proseslərin hər biri üçün müəyyən enerji lazımdır. Enerji isə qidalanma ilə ödənilir. Bütün canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri orqanizmin qurulmasına sərf olunur, onu böyümə və inkişaf üçün gərəkli enerji ehtiyatı ilə təchiz edir və bütövlükdə orqanizmin həyat fəaliyyətini davam etdirməsinə təminat yaradır.