Aralıq maddələr mübadiləsi toxuma hüceyrələrində müəyyən üzvi birləşmələrin digərinə çevrilməsidir, yəni hüceyrədaxili həzm prosesidir.
Əsas və ya enerji mübadiləsi orqanizm üçün zəruri olan enerjinin alınması və bir enerji növünün digərinə çevrilməsi prosesidir.
Orqanizmin qidalanması ilə tənəffüsü bir-biri ilə əlaqəlidir. Bu proseslər maddələr mübadiləsinin əsasını təşkil edir.
Maddələr mübadiləsi canlı aləmdə eyni dərəcədə getmir. Soyuqqanlı heyvanlarda (balıqlar, suda-quruda yaşayanlar, sürünənlər) proses zəif gedir. Onların bədəninin temperaturu həmişə xarici mühitdən asılı olur.
İstiqanlı heyvanlarda (quşlar, məməlilər) maddələr mübadiləsi intensiv gedir. Bu canlıların bədən temperaturu xarici mühitdən asılı olmur. Quşların şaxtalı havalarda belə bədən temperaturu 40°C-dən aşağı olmur. Buna görə ilin bütün fəsillərində hətta Arktika və Antraktidada məməlilər və quşlar fəal həyat tərzi keçirirlər. Canlıların müxtəlif amillərə dözümlülüyü onların orqanizmində gedən maddələr mübadiləsindən asılıdır. Əksər soyuqqanlı heyvanlar qışı anabioz vəziyyətdə keçirir. Bəzi istiqanlı heyvanlar uzun müddət qış yuxusuna gedir. Bu mürəkkəb proseslər məhz maddələr mübadiləsi vasitəsilə tənzimlənir.
T