Bu mutasiyalar DNT nukleotidlərində baş verən dəyişmələrlə əlaqədardır. DNT-də nukleotidlər yer dəyişdikdə amin turşularının yeni ardıcıllığı müəyyən olunur ki, bu da yeni bir zülal sintezinə səbəb olur. Çox vaxt mutasiyaya uğrayan gen fəaliyyətdən qalır. Bu zaman RNT və zülal əmələ gəlmir. Gen mutasiyaları zamanı yeni allellər əmələ gəlir ki, bunun da təkamüldə çox böyük əhəmiyyəti vardır.
Somatik mutasiyalar. Somatik mutasiyalar orqanizmin bəzi somatik hüceyrələrində baş verir. Onlar bitki və heyvanlarda cinsi çoxalma zamanı irsən nəslə ötürülmür. Lakin vegetativ yolla çoxaldılarsa, bu mutasiyalar irsən nəslə ötürülə bilir.
FBəs görəsən, mutasiyaları eksperimental yollarla almaq mümkündürmü?
Müasir dövrdə mutasiyaların tezliyini artıran və yeni mutasiyalar yaradan metodlar vardır. Rentgen şüaları, ionlaşdırıcı şüalar, temperatur dəyişmələri, qaz rejiminin, rütubətin dəyişməsi və s. mutasiyaları artırır. Hazırda rentgen şüalarının təsiri ilə mutasiyaların tezliyini 150 dəfə artırmaq mümkün olur.
Çiyələk | Bığcıqlar vasitəsilə |
Qızılgül | ? |
Uzambar bənövşəsi | ? |
Ayrıqotu | ? |
Moruq | ? |