Mutasiya genotiplərdə xarici və daxili mühit amillərinin təsiri ilə yaranan dəyişkənlikdir. Onların əksəriyyəti orqanizm üçün zərərli olur. Orqanizmin məhvinə səbəb olan mutasiyalar da vardır. Belə mutasiyaları daşıyan genlər, adətən, resessivdir. Genotipi dəyişdirmə xüsusiyyətinə görə mutasiyaların bir neçə növü məlumdur.
Xromosom mutasiyaları. Belə mutasiyalar zamanı xromosomların quruluşunda dəyişikliklər baş verir. Onların formaları çoxdur və işıq mikroskopu vasitəsilə asanlıqla müşahidə olunur.
FƏgər genləri şərti olaraq ABCÇDE kimi işarələsək, onlarda necə dəyişmələr baş verə bilər?
Xromosomlarda baş verən dəyişmələr:
1. Sahənin ikiləşməsi: ABCCÇDEGenom mutasiyaları. Bu mutasiyalar xromosom sayının dəyişməsi nəticəsində baş verir. Onun iki formasına təsadüf olunur: aneuploidiya və poliploidiya.
Aneuploidiya xromosom sayının bir neçə vahid artması və ya azalmasıdır. Xromosomlann normal paylanmaması meyoz prosesi zamanı baş verir: məsələn, daun sindromlu insanların somatik hüceyrələrinin nüvələrində 47, Şerşevski-Temer sindromlu insanların somatik hüceyrələrinin nüvələrində isə 45 xromosom olur. Göründüyü kimi, bu zaman xromosom sayının azalıb və ya artması ciddi dəyişikliklərə səbəb olur.
Poliploidiya xromosom yığımının bir neçə dəfə artmasıdır. Poliploidiya bitkilərdə geniş yayılmışdır. Heyvanlar aləmində nadir hallarda rast gəlinir. Orqanizmdə xromosom yığımı 3n olarsa, triploid, 4n olarsa, tetraploid və s. adlanır.
FPoliploid bitkilərə arktik və alp çəmənliklərində daha çox təsadüf olunur. Bunun səbəbini araşdırın və müzakirə edin.
Gen mutasiyaları. Bu mutasiyalar nöqtəvi mutasiyalar da adlanır. Onları işıq mikroskopu ilə müşahidə etmək mümkün deyil.