II. Canlılarda baş verən dəyişkənliklər
Canlılarda baş verən mövsüm
dəyişkənlikləri. Fotoperiodizm
İlin dörd fəslinin əlamətləri müxtəlifdir. Planetimizin coğrafi ərazilərində fəsil dəyişmələri bir-birindən fərqlənir. Ölkəmizdə də aran və dağ rayonlarında bu sahədə fərqlər olduğunu müşahidə etmək mümkündür. Hər bir coğrafi ərazidə yaşayan canlılar yaşadıqları ərazilərdə mövsümlərə məxsus uyğunlaşmalar qazanmışdır.
Şəkillər üzrə canlıların mövsüm uyğunlaşmalarını fərqləndirin və səbəbini izah edin.
Kəskin mövsüm dəyişkənliyi zamanı canlıların davranışlarında və fizioloji proseslərində müəyyən dəyişikliklər müşahidə olunur. Temperatur və günün uzunluğu artdıqca canlılarda fizioloji proseslər sürətlənir, temperatur azalıb günün uzunluğu qısaldıqca fizioloji proseslər zəifləyir.
FƏSİLLƏR | |||
yazda | yayda | payızda | qışda |
|
|
|
|