Qaranlıq fazada işıq fazasının əksinə olaraq, karbonun fiksə olunması zamanı ATF ADF-ə çevrilir. NADF + isə hidrogen atomlarını verir. Hər iki maddə yenidən prosesin gedişində iştirak edir.
Gecələr oksigen ayrılmır. Günəşin çıxması ilə yenidən ATF və NADF • H-in sintezi başlayır. Sonra karbon fiksasiyası yenilənir.
Qaranlıq fazada gedən reaksiyanın tənliyi:
6CO2+24H → C6H12O6+6H2O
Fotosintezin ümumi tənliyi: 6CO2+6H2O→ C6H12O6+6O2
• Əksər bitkilər fotosintez prosesində üzərinə düşən günəş enerjisinin 1%-dən istifadə edir. Birhüceyrəli yosun olan xlorella isə günəş enerjisinin 12%-dən istifadə edərək daha sürətli fotosintez keçirir. Buna görə də kosmonavtlar kosmik gəmilərdə olarkən gəmilərə xlorella yerləşdirilir.
• Fotosintez zamanı əmələ gələn qlükoza (C6H12O6) bitkilər üçün lazım olan üzvi maddələrin əmələ gəlməsində monomer rolunu oynayır. Bitkilər kökləri vasitəsilə torpaqdan suda həll olmuş mineral maddələri alır. Bu maddələrin bir qismi fermentləri fəallaşdırır. Digərləri isə fotosintez zamanı əmələ gələn karbohidratdan zülalların, hormonların sintezinə sərf olunur. Bu prosesdə nitratlar və sulfatlar əsas rol oynayır. Bitki yağları da karbohidratlardan sintez olunur.
• Fotosintez nəticəsində xlorofilli canlılar Günəş enerjisini kimyəvi rabitələr enerjisinə çevirir. Canlılar sintez olunan maddələrin və ayrılan oksigenin hesabına həyatlarını davam etdirir.
1 m2 yarpaq sahəsində 1 saatda 1 q üzvi maddə sintez olunur.