Fotosintezin mexanizmi
MPlanetimizdə yaşayan bütün canlıların enerji mənbəyinin günəş olduğunu və enerjisinin avtotrof canlılar tərəfindən üzvi maddələrin kimyəvi rabitələr eneıjisinə çevrildiyini bilirsiniz. Günəş enerjisinin intensivliyinin dəyişməsi fotosintezə təsir göstərir. Bəs fotosintezin sürətinə daha hansı amillər təsir göstərir?
Araşdırma aparın, aşağıdakı amillərin fotosintezin gedişinə təsirinin qrafik təsvirlərini verin və seçiminizi əsaslandırın.
Karbon qazının miqdarı və işıq şiddəti artdıqca fotosintez sürətlə gedir. Bir qədər sonra isə prosesin sürəti sabitləşir. Temperatur isə 25-35°C-yə çatana qədər proses sürətlənir. Temperaturun sonrakı yüksəlməsi ilə fotosintez zəifləyir və dayanır. Görünən işığın iştirakı ilə gedən fotosintezin sürəti işığın qırmızı və göy spektrlərində yüksək, yaşıl və sarı spektrlərində isə zəif olur.