Qlükoza molekulu (C6H12O6) tam parçalanmadığından bu proses natamam parçalanma adlanır. Alınan 200 kC enerji ardıcıl gedən fermentativ proseslərdə hissə-hissə ayrılır. Bu da hüceyrəni qızma nəticəsində məhv olmaqdan qoruyur. Qlükolizin gedişində ayrılan enerjinin hamısı istilik enerjisinə çevrilmir.
Onun bir hissəsi makroergik rabitələrin yaranmasına sərf olunur. Nəticədə ADF-dən ATF sintez olunur. Oksigensiz mühitdə yaşayan canlıların enerji təminatı yalnız bu yolla olur.Oksigenli tənəffüs zamanı prosesin davam etməsi üçün zədələnməmiş mitoxondri membranı, su, membran fermentləri, molekul halında oksigen (O2), elektron daşıyıcıları, oksidləşdiricilər olmalıdır.
Mitoxondri daxilində süd turşusu hidrolizə uğrayır:
C3H603 + 3H20 → 3CO2 + 12H°
Əmələ gələn hidrogen elektron itirir və daxili membranının xaricinə çıxır:
H° - e-→ H+
Hidrogendən ayrılmış elektron ətraf mühitdən daxil olmuş və mitoxondrinin kristlərinin daxili səthində toplanmış oksigenlə (oksidaza fermentinin iştirakı ilə) birləşir.
O°2 + 2e- → O- 2
Əks yüklü hissəciklərin membranının müxtəlif tərəflərində toplanması nəticəsində potensiallar fərqi yaranır. Potensiallar fərqi 200 mV-a çatdıqda ATF sintetaza fermentinin proton kanalı vasitəsilə H+ protonu mitoxondrinin daxilinə keçir. Bu zaman ayrılan enerji ADF və ortofosfat turşusundan ATF sintezinə sərf olunur. Proton isə oksigenlə birləşir:
4H++ 2O2- → 2H2O + O2
Oksigenli mərhələnin yekun tənliyi:
C6H1206+ 602 + 38ADF + 38H3P04 → 6CO2 + 38ATF + 44H20+2800 kC