Üzvi maddələrin fermentlərin iştirakı ilə parçalanaraq enerji əmələ gətirməsi hüceyrə tənəffüsü adlanır. Canlıların hüceyrələrində oksigensiz (anaerob) və oksigenli (aerob) tənəffüs nəticəsində üzvi maddələrdən enerji alınır.
Qidanın tərkibində üzvi maddələr parçalanarkən oksigendən istifadə olunmursa, bu proses oksigensiz tənəffüs adlanır. Bu proseslərdə fermentlər iştirak edir və parçalanma baş verir.
Qida maddələrinin oksigen və fermentlərin iştirakı ilə parçalanaraq enerji əmələ gətirməsi oksigenli tənəffüs adlanır.
Heterotrof orqanizmlərin yeganə enerji mənbəyi olan üzvi maddələrin oksidləşməsi prosesi necə həyata keçirilir?
Sizə bəllidir ki, prosesin başlanğıc mərhələsində zülallar amin turşularına, yağlar qliserin və yağ turşularına, karbohidratlar qlükozaya, etil spirtinə, nuklein turşuları nukleotidlərə qədər parçalanır. Az miqdarda ayrılan enerji isə istilik şəklində ətrafa yayılır.
Qlükoza hüceyrə üçün əsas enerji mənbəyidir. Onun energetik mübadiləsinin mexanizmini nəzərdən keçirək. Qlükozanın oksigensiz parçalanması mürəkkəb fermentativ prosesdir. Reaksiyada qlükoza iki molekul piroüzüm turşusuna (C3H403) parçalanır. Sonra piroüzüm turşusundan süd turşusu (C3H6O3 ) əmələ gəlir. Yekun tənlik aşağıdakı kimidir: