Energetik mübadilənin mexanizmi
MƏksər canlıların ən kiçik struktur və quruluş vahidi olan hüceyrə su, mineral duzlar və üzvi maddələrdən ibarətdir. Canlıların hüceyrələrində üzvi maddələr sintez oluna bilir. Bildiyiniz kimi, hüceyrənin əsasını təşkil edən üzvi maddələr karbohidrat, yağ, zülal, nuklein turşuları və vitaminlərdir. Bu maddələrin sintez olunub maddələr dövranına qoşulması, əsasən, xlorofili olan canlılar tərəfindən həyata keçirilir. Bunlar üzvi maddə istehsalçılarıdır. Hazır üzvi maddələrlə qidalanan heterotrof orqanizmlər isə bu maddələrin istehlakçıları olur.
Bəs istehlakçıların orqanizmində üzvi maddələrin kimyəvi rabitə enerjisi nə kimi çevrilmələrə məruz qalır? Bu proses hansı mexanizm əsasında həyata keçirilir?
Sxemi nəzərdən keçirin. Sualları cavablandırın.