Canlılar müxtəlif funksiyaları yerinə yetirmək üçün lazım olan maddələrlə qidalanır. Qida maddələri
təkcə canlıların böyüyüb inkişaf etməsi
üçün enerji mənbəyi deyil, digər proseslərdə də enerjiyə olan tələbatının ödənilməsi üçün lazımdır.
Bu maddələri aşağıdakı kimi qruplaşdırmaq
olar:
A. mənşəyinə görə
1) bitki mənşəli
2) heyvan mənşəli
B. kimyəvi tərkibinə görə
1) üzvi (zülal, yağ, karbohidrat, vitaminlər və s.)
2) qeyri-üzvi (su və mineral duzlar)
Bu maddələrdən hansı canlıların əsas enerji tələbatını ödəyir?
Aşağıdakı sxemi nəzərdən keçirərək sualları cavablandırın. Cavablarınızı ümumiləşdirib təqdim edin.
1. Hüceyrədə olan üzvi maddələrin parçalanmasından ayrılan enerji nəyə sərf olunur?