Translyasiya nüvədə m-RNT-nin ilk sintez olunan ucuna ribosom hissəciklərinin birləşməsi ilə başlayır. Ribosomun m-RNT-yə birləşən hissəsində (funksional mərkəzində) iki triplet yerləşə bilir. Birinci triplet m-RNT-nin kodunun tanınmasını, ikincisi isə onun zəncirə birləşməsini təmin edir. Zülalın monomerləri olan amin turşuları n-RNT vasitəsilə ribosomlara daşınır. n-RNT ilə m-RNT-nin kod tripletləri komplementar olduqda onlar arasında birləşmə baş verir. n-RNT-nin gətirdiyi amin turşusu zəncirə birləşdikdən sonra ribosom bir triplet irəliyə gedir. Bu proses 1/5, 1/6 saniyə çəkir. Prosesdə eyni vaxtda bir neçə ribosom iştirak edir və amin turşularını zəncirə birləşdirə bilir.
Polipeptid zəncirinin biosintezi zamanı hüceyrədə suyun miqdarı artır, sərbəst amin turşularının miqdarı isə azalır.
n - sintez olunan amin turşularının sayıdır. Endotermik olan bu proses ATF enerjisi hesabına gedir.
T