m-RNT-də | UAA | UAQ | UQA |
DNT-də | ATT | ATS | AST |
Eukariotlarda stop tripletlər
m-RNT-nin AUQ kodu ribosomdakı fermentlər tərəfindən tanındıqdan sonra əksər zülalların sintezi başlayır. Metioninin kod tripleti olan bu triplet start triplet adlanır. Zülalın biosintezi nüvədə xromosom DNT-sinin bir zəncirindən matris əsasında həyata keçirilən transkripsiya ilə başlayır. Bu zaman ikizəncirli DNT-nin bir zəncirindən müəyyən zülal haqqında məlumat m-RNT-yə köçürülür.
Zülal biosintezi
m-RNT {AAA USS QUA QSA
m-RNT nüvə membranının məsamələrindən keçərək sitoplazmaya daxil olur. Əvvəl ribosomun kiçik hissəsinə bağlanır. Bundan sonra ribosomun böyük hissəsi kiçik hissəyə birləşir.