I əsas | II əsas | III əsas | |||
U(A) | S(Q) | A(T) | Q(S) | ||
U (A) | Fen | Ser | Tir | Sis | U(A) |
Fen | Ser | Tir | Sis | S(Q) | |
Ley | Ser | - | - | A(T) | |
Ley | Ser | - | Tri | Q(S) | |
S(Q) | Ley | Pro | His | Arg | U(A) |
Ley | Pro | His | Arg | S(Q) | |
Ley | Pro | Qln | Arg | A(T) | |
Ley | Pro | Qln | Arg | Q(S) | |
A(T) | İle | Tre | Asn | Ser | U(A) |
İle | Tre | Asn | Ser | S(Q) | |
İle | Tre | Liz | Arg | A(T) | |
Met | Tre | Liz | Arg | Q(S) | |
Q(S) | Val | Ala | Asp | Qli | U(A) |
Val | Ala | Asp | Qli | S(Q) | |
Val | Ala | Qlu | Qli | A(T) | |
Val | Ala | Qlu | Qli | Q(S) |
Eukariot orqanizmlərdə genetik koda uyğun amin turşuları
Cədvəldə mötərizədə olmayanlar m-RNT-nin nukleotidləri, mötərizədə olanlar isə DNT-nin nukleotidləridir.
Cədvəldə müvafiq genetik koda uyğun gələn amin turşusu ardıcıl olaraq üç nukleotidin kəsişmə nöqtəsinə düşür. Məsələn, m-RNT nukleotidlərindən SAU histidin amin turşusunun genetik kodudur.
Eukariot orqanizmlərdə 20 amin turşusunu kodlaşdırmaq üçün 64 tripletdən 61-i iştirak edir. Tripletlərin sayı amin turşularının sayından çox olduğu üçün hər bir amin turşusu bir və ya bir neçə tripletlə kodlaşa bilir.
Amin turşu kodlaşdırmayan tripletlər zülal biosintezinin başa çatdığını bildirir və stop kodlar adlandırılır.