Bildiyiniz kimi, qeyri-üzvi maddələrdən üzvü maddələrin sintezi, əsasən, gündüz həyata keçirilir. Gecələr isə bu proses dayanır. Yalnız xemosintezedici canlılar onu bütün gün ərzində həyata keçirir. Üzvi maddə istehsalçılarının ayırdıqları oksigen canlıların tənəffüsü üçün vacibdir.
Biosferdə üzvi maddə istehsalçılarının əksəriyyətini təşkil edən bitkilər həyatın davamı üçün əvəzsizdir. İnsanlar bitkiləri qorumaqla, əslində, öz gələcəklərinə təminat vermiş olurlar.