Onurğalı heyvanlarda cinsi çoxalma. Cinsiyyət orqanlarında erkək və dişi qametlər inkişaf edir. Onların birləşməsindən ziqot yaranır. Ziqotun bölünməsi nəticəsində çoxhüceyrəli rüşeym inkişaf edir və nəhayət, orqanizmə çevrilir. Heyvanların cinsiyyət orqanlarının mənşəyi eyni olsa da, onların çoxalmasında bir sıra fərqli xüsusiyyətlər də var. Buna görə də heyvanlarda mayalanmanın iki formasına - xarici və daxili mayalanmaya rast gəlinir. Xarici mayalanma, əsasən, su heyvanlarına aiddir.
Quruda yaşayan heyvanlarda daxili mayalanma gedir. Quru heyvanlarının da çoxalmasında fərqli xüsusiyyətlər özünü göstərir. Buna aşağıdakıları misal göstərmək olar:
Mayalanma müxtəlif formalarda getsə də, yaranan ziqot yeni orqanizmə başlanğıc verir və bununla da canlıların yaşayıb öz nəsillərini davam etdirməsinə imkan yaranır.
Çoxalma canlıların nəslini davam etdirməsi üçün çox əhəmiyyətli bioloji prosesdir.
Ta) 1;2
b)3;4
c) 3;5
d) 1;4
e) 4;4