Ərəbistanda yaşayan səhra heyvanlarından biri olan Ərəbistan antilopu suya olan tələbatının 80%-ni yediyi qida, 14%-ni isə me- tabolik su ilə ödəyir. O heç zaman tərləmir, çox isti olanda bədəninin temperaturu 37°C-dən 40°C-dək qalxır. Hava soyuduqda isə yenə də 37°C-yə enir. Artıq su itkisinin olmaması üçün heyvanın ifrazatı çox qatı olur.
Canlıların həyat fəaliyyətini davam etdirməsi üçün ifrazat çox vacibdir.
TCanlı | Azotlu qalıq | Su itkisi |
Çay xanısı | ammonyak | ? |
Çöl siçanı | sidik cövhəri | az |
Dəvəquşu | ? | ən az |