Proses yenidən tarazlanır. Torpağa verilən fosforlu gübrələrin də fosfor dövranında mühüm rolu var. Bu
gübrələr yağış suları ilə dənizlərə qarışır. Qida zənciri vasitəsilə yenidən quruya qayıdır və orada
gedən
təbii dövrana qoşulur.
Dünyada müəyyən miqdarda müxtəlif maddələr vardır. Ekosistemdə bir maddə miqdarının artıb digərinin
azalması oradakı tarazlığı pozur. Maddələr dövranının pozulması ekoloji tarazlığın pozulmasına səbəb
olur.
Maddələrin təbii dövranının pozulmasında antropogen faktorlar mühüm rol oynayır.
T
-
Ekosistemdə canlıların iştirakı ilə həyata keçən:
a) oksigen;
b) azot;
c) karbon qazı dövranları necə gedir?
Cavabınızı əsaslandıraraq təqdim edin.
- Atmosferdə karbon qazının miqdarının artması səbəb ola bilməz:
a) Həddən artıq istiləşmə
b) Turş yağışların yağması
c) Torpağın məhsuldarlığının artması
ç) İqlim dəyişiklikləri
-
Bir ərazidə gecə oksigen və karbon qazının zamandan asılılıq qrafiki verilmişdir.
Qrafikdə səhvi müəyyənləşdirin. Fikrinizi əsaslandırın.
Təqdimat mövzuları
- Radioaktiv çirklənmə və onun canlılara təsiri
- Qlobal istiləşmə və canlı təbiət
- Turş yağışların ekoloji tarazlığa təsiri
- Qlobal ekoloji problemlər və onların həlli yolları