Canlıların qəbul etdikləri qida maddələrinin oksidləşməsi və yanma üçün oksigen sərf olunur. Beləliklə, havada oksigen qazının miqdarı azalır.
Təbiətdəki əksər produsentlərin həyata keçirdikləri fotosintez nəticəsində atmosferdə oksigenin miqdarı artır.
F• Oksigen dövranının pozulmasının qarşısını almaq üçün nə təklif edərdiniz?
Karbonun dövranı. Karbonun dövranı oksigen dövranı ilə sıx əlaqəlidir. Təbiətdə baş verən yanma və oksidləşmə prosesləri nəticəsində əmələ gələn karbon qazı produsentlər tərəfindən həyata keçirilən üzvi maddə sintezinə sərf olunur.