İnsanın təsərrüfat fəaliyyəti nəticəsində istifadə etdiyi zəhərli maddələr bəzən çoxşaxəli qida zənciri vasitəsilə onun özünün zəhərlənməsinə səbəb olur.
Bu maddələr yağış suları ilə su hövzələrinə axaraq balıqlara, onlardan isə insan orqanizminə keçir. Bu kimyəvi maddələr meyvələrlə, tərəvəz və göyərtilərlə, heyvanların əti və südü vasitəsilə də insanın orqanizminə keçə bilir. Hətta orqanizmə keçən bu zərərli birləşmələr çox vaxt genotipə təsir göstərir və müxtəlif irsi xəstəliklərin yaranmasına səbəb olur.
Ekoloji piramidada dəyişikliklər müxtəlif səbəblərdən baş verə bilər:
• Xəstəlik, hava şəraiti, qanunsuz ov, mühit çirkliliyi və s. kimi səbəblərdən ekoloji piramida dağıla bilir.
• Quraqlıq, şaxta, meşələrin qırılması, hava, su, torpağın çirkliliyi piramidanın ilk halqasını təşkil edən bitkiləri azaldır.
• Otyeyən heyvanların azalması bitkilərin artması ilə nəticələnir.
• Zərərli böcək və çəyirtkələrin sayının artması quşların sayının azalması nəticəsində baş verir.
Bütün bunlar bioloji tarazlığı pozur.
T