Məsələn, göl biogeosenozunda qida zəncirinin ilk halqasını təşkil edən fitoplanktonlar zooplanktonların qidasını təşkil edir. Zooplanktonların aldıqları qidanın hamısı onlarla qidalanan balıqlara keçmir. Qəbul edilən qidanın bir qismindən hüceyrələrin qurulmasında, digər qismindən isə həyat fəaliyyəti üçün lazım olan enerji əldə etmək üçün istifadə olunur. Qida zəncirinin ilk halqasından sonuncu halqaya doğru getdikcə qida və enerjinin miqdarı azalır.
F