Qida zəncirinin birinci dərəcəli konsumentlərinə bitki ilə qidalanan heyvanlar və həşəratlar: maral, cüyür, dəvə, dovşan, siçan, çəyitkə, şala, mayböcəyi, yosunlarla qidalanan balıqlar və s. aid edilir. İkincili dərəcəli konsumentlər isə birinci dərəcəli konsumentlərlə qidalanan canlılardır. Üçüncü dərəcəli konsumentlər isə, əsasən, yırtıcılardır.
FProdusent, konsument və redusentləri qruplaşdırın.
Qeyd etmək lazımdır ki, təbii şəraitdə qida zənciri mürəkkəb qidalanma şəbəkəsi əmələ gətirir. Bir növ bir neçə qida mənbəyindən istifadə edir. Ona görə də bir növün yox olması biogeosenozun dağılmasına və ya əvəz olunmasına səbəb olmur.