Təbiət qanunlarının pozulması yalnız ayrı-ayrı ekosistemlərin - meşələrin, çəmənliklərin, bataqlıqların,
nohurların və s. deyil, bütövlükdə biosferin qorunmasında beynəlxalq miqyasda səy göstərilməsini tələb
edir. Təbiətin qorunması haqqında müxtəlif beynəlxalq sənədlər hazırlanır.
T
- Sxemdə göstərilənlərdən istənilən birinin yox olmasının ekoloji tarazlığa təsirinə aid təqdimat hazırlayın.
- İstənilən bir ekosistemdə bioloji müxtəlifliyə zərər verən amillər:
a) meşə yanğınları nəticəsində yaşıllıqların azalması;
b) vulkan püskürməsinin torpaq strukturunu pozması;
c) kimyəvi maddələrin ətraf aləmə tullanması ilə əlaqədar bəzi canlıların məhvi.
- Göstərilən dəyişikliklərin birini seçin və ekoloji tarazlığa təsirinə dair təqdimat
hazırlayın.
- Ekosistemdə canlılar arasında olan qida əlaqələri sxeminə əsasən verilənlərdən doğru olanları seçin.
a) M, N produsent canlılardır
b) K avtotrof canlıdır.
c) M qeyri-üzvi maddədən üzvi maddə yaradır.
d) L redusentdir.
e) N konsumentdir.