Bu qruplaşmalarda qida zəncirinin əsasını təşkil edən bitkilərin biokütləsi heyvanların biokütləsindən xeyli çox olur.
Biogeosenozun komponentləri arasında maddələr dövranı gedir. Maddələr dövranının getməsi üçün əsas enerji mənbəyi günəşdir.
Maddələr dövranı həyatın əmələ gəlməsinin ilk dövrlərindən yaranmış, getdikcə mürəkkəbləşmişdir. Onun həyata keçirilməsi üçün hər bir qruplaşmada qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan canlıların - produsentlərin, əsasən, ətyeyən və otyeyən heyvanlardan ibarət konsumentlərin və üzvi maddələri qeyri-üzvi maddələrə parçalayan, əsasən, mikroorqanizmlərdən ibarət redusentlərin olması zəruridir. Bunlar bütün biogeosenozlar üçün ümumi olsalar da, onların növ və say nisbəti müxtəlif təbii birliklərdə müxtəlif olur.
Növ saylarında baş verən dəyişiklik biogeosenozun dəyişməsinə səbəb olur. Bəzən bir biogeosenoz digəri ilə əvəz olunur, bəzən isə məhv olur. Təbii birliklərin dəyişməsinə antropogen amillər daha çox təsir göstərir.
F• Antropogen amillərin bioloji müxtəlifliyə təsirinə aid araşdırma aparıb təqdim edin.