Ekoloji sistemdə qarşılıqlı təsirdə olan fərdlərin hər ikisi üçün zərərli (z z) olan və rəqabət adlandırılan təsirə qoyun və keçinin, şirlə pələngin eyni qida və ya yaşayış yeri uğrunda mübarizəsini misal göstərmək olar.
(f n) - bu qarşılıqlı təsir canlılardan biri üçün faydalı, digəri üçün isə heç bir təsirə malik olmaya bilir (kommensalizm). Pişikdili, atpıtrağı kimi bitkilərin üzəri tikancıqlı meyvələri heyvanların tüklərinə ilişərək ətarafa yayılır. Bunun ikinci tərəfə (heyvanlara) elə bir təsiri olmur.
(z n) - bir tərəf üçün zərərli, digəri üçün əhəmiyyətsiz olan təsir amensalizm adlanır. İşıqsevən ot bitkilərinin hər hansı bir ağacın kölgəsində bitməsi onun zərərinədir, lakin bunun ağaca, demək olar ki, heç bir təsiri yoxdur.
Canlılar arasında rast gəlinən bu və ya digər fərqli qarşılıqlı münasibətlər müxtəlif təbii birliklərin yaranmasına səbəb olur. Hər bir təbii birlikdə külli miqdarda qarşılıqlı təsirlərin mövcudluğu həmin birliklərin illərlə dəyişilmədən qalmasına səbəb olur. Qarşılıqlı təsirlər dəyişilərsə, canlıların qruplaşmaları da tədricən dəyişilər. Nəticədə yeni birliklər formalaşar.
Müəyyən bir ərazidə tozlandıncı həşəratların olmaması onunla tozlanan bitkilərin də yox olması deməkdir. Bu da həmin ərazidə ciddi dəyişikliklərin yaranması ilə nəticələnər.