V. Ətraf mühitin qorunması və bərpası
Orqanizmlərin qarşılıqlı təsiri
Mühitin abiotik amillər kimi biotik amillər də təbii qruplaşmaların tərkibində mühüm rol oynayır. Hər qruplaşmada canlılar arasında müxtəlif qarşılıqlı təsirlər yaranır. Canlılar arasında münasibətlərin dəyişməsi yeni təbii birliklərin formalaşması ilə nəticələnə bilir.
Bu münasibətlər hansılardır? Münasibətlərin dəyişməsi nə kimi ekoloji problem yaradar?
• Şəkildəki canlılar arasında nə kimi münasibətlər mövcuddur? Bu münasibətlər nəyə xidmət edir?
• Şəkildəki canlılar arasında mövcud olan qarşılıqlı münasibətlərin hansı xüsusiyyətləri var? Münasibətləri necə qruplaşdırmaq olar?
• Təbii birliklərin yaranması üçün canlılar arasındakı münasibətlərin rolu nədən ibarətdir?
• Canlılar arasında münasibətlərin dəyişməsinin nəticəsi nə ola bilər?