Cədvəldən göründüyü kimi, F2 nəslində fenotipcə 15/16 piqmentli dəri, 1/16 isə piqmentsiz dəri əlaməti üzə çıxır. Dominant genlərin miqdarından asılı olaraq dərinin rəngində fərqlilik yaranır.
Genlərin çoxcəhətli təsiri (pleyotropiya): Nisbətli dəyişkənlik zamanı bəzi canlılarda olan əlamətlərin bir-birinə təsirini araşdırmışdınız. Bunun səbəbi bir genin bir neçə əlamətə təsir göstərməsidir.
Deməli, orqanizmin əlamətlərinin inkişafi ayrı-ayrılıqda yox, genlərin çoxlu miqdarda təsiri ilə əlaqədardır.
THomoziqot; | Heteroziqot | ||
III qan qrupu | II qan qrupu | I qan qrupu | IV qan qrupu |
1. genotip | 2. 1 cür qamet hazırlayır | 3. 4 cür qamet hazırlayır | 4. fenotip |
5.rezus mənfi IV qan qrupu | 6. rezus mənfi II qan qrupu | 7. rezus mənfi I qan qrupu | 8. rezus mənfi III qan qrupu |